Müharibə şəraitində insan haqlarından danışarkən təhlükəsizlik və stabilliyi düşünməliyik – İsrailli diplomat

Xəbər - Humay Ağacanova –Trend:

Biz ilk növbədə təhlükəsizlik, daha sonra insan hüquqları barədə düşünürük. Müharibə şəraitində insan hüquqları haqqında söhbət edərkən təhlükəsizlik, stabillik nə qədər əldə edilir, bunu düşünməliyik.

AzerTimes-ın məlumatına görə, bunu VIII Qlobal Bakı Forumunda “COVID-19-dan sonrakı dünya: yeni erada sülh, təhlükəsizlik, insan haqları” mövzusunda panel müzakirədə çıxış edən İsrailin keçmiş xarici işlər naziri Tzipi Livni deyib.

O bildirib ki, sülh və stabillik bir-birinə zidd deyil: “Hətta biz buna gender məsələsini də daxil edə bilərik. Bir çoxu təhülkəsizliyi kişilər nöqteyi-nəzərindən görür. Yəni hakimiyyətdə güclü bir kişi olsa, deməli, təhlükəsiz mühit olacaq. Təhlükəsizlik yalnız hərb yolu ilə həll olunmur, bu, diplomatik üsulla həll olunmalıdır ki, sülh davamlı olsun”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.

Teqlər: