Müharibə Rusiyanın ərazisinə keçdi…

Müharibə Rusiyanın ərazisinə keçdi…

Kreml bir il əvvəl ordusuna Ukraynaya hücum əmri verəndə təxmin edə bilməzdi ki, savaşın qəlpələri tədricən Rusiya ərazisinə də çatacaq.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ukrayna diversantlarının Bryanska hücumu ilə bağlı qeyd edib.

“Məlumata görə, Rusiyanın Bryansk viliayətində toqquşmalar olub. Rusiya agentlikləri yazırlar: “Ukraynalı diversantlar Rusiya sərhədini keçiblər, atəş nəticəsində ölənlər arasında Rusiya vətəndaşları da var”.

Bəs Rusiya ordusu bir ildir Ukraynanın sərhədini pozmayıbmı?

Rusiya Prezidenti Vladimir Putin Kremldə təcili Təhlükəsizlik Şurasının iclasını çağırıb. Kreml baş verənlərin “intiqamını” Ukraynanın şəhərlərini bombalamaqla, mülki insanları öldürməklə alacaq. Ancaq Rusiya vətəndaşları işğala səssiz qalmaqla yanaşı, müharibənin evlərinə yaxınlaşdığını anlamağa başlayıblar”, – o bildirib.

Teqlər: