Yaxın Şərqdə münaqişənin daha da genişlənməsi və onun genişmiqyaslı müharibəyə çevrilməsi enerji sektorunda qlobal böhrana səbəb olacaq.
AzerTimes xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn Bağdadda iranlı həmkarı Abbas Arakçı ilə keçirilən mətbuat konfransında deyib.
“İraq hakimiyyəti öz ölkələrinin ərazisindən qonşu dövlətlərə, o cümlədən İrana qarşı hücumlar üçün istifadə edilməsini qəbuledilməz hesab edir və həmçinin İraqı potensial regional münaqişədə hər hansı iştirakdan qorumaq üçün bütün səyləri göstərir”, – Hüseyn bildirib.