Müharibə Qəhrəmanının qardaşı 38 yaşında öldü – TƏBİB

Müharibə Qəhrəmanının qardaşı 38 yaşında öldü – TƏBİB

Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun qardaşı Elnur Əkbərov vəfat edib.

AzerTimes Oxu.az-a istiandən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında baş verib.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 16 oktyabr 2024-cü il tarixində saat 21:30-da 1987-ci il təvəllüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına qohumları tərəfindən ölü vəziyyətdə gətirilib.

Qeyd edək ki, yayılan ilkin məlumatda 38 yaşlı Elnur Əkbərovun qəfildən halı pisləşməsi səbəbindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırıldığı, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadığı qeyd olunub.

Teqlər: