Ukraynaya hücum Rusiyanı tənəzzüldən saxlayan yeganə amildir.
AzerTimes xəbər verir ki, bu barədə “Biznes İnsayder”in sorğusunda iştirak edən iqtisadçılar bildirib.
Onlar qeyd ediblər ki, Rusiyanın nəhəng hərbi büdcəsi hazırda özünün zəif iqtisadiyyatını gücləndirir:
“Lakin bu, Rusiyanın artan iqtisadi, o cümlədən artan inflyasiya, valyuta-büdcə problemlərinin müvəqqəti həllidir.
Rusiya iqtisadiyyatı indi böyük dövlət xərcləri ilə dəstəklənir, ona görə də Rusiya hökumətinin mal aldığı iqtisadiyyatın heç bir sektorunda yavaşlama olmayacaq. Beləliklə, əgər müharibə olmasaydı, bəli, əlbəttə ki, dərhal tənəzzül olardı”.