İkinci Qarabağ müharibəsinin iştirakçısı Elgün Xəyal oğlu Xəlilov göldə boğulub.
AzerTimes Modern.az-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Moskva şəhərində baş verib.
Elgün Xəlilov şəhərin Kuzminka rayonunda yerləşən göldə boğularaq dünyasını dəyişib.
22 yaşlı Elgün Lənkəran rayonunun Xolmili kəndindədir. O, Füzulinin və Xocavəndin işğaldan azad olunmasına görə təltif edilib.