Xəbər - Samir Əli – Trend:
Vətən müharibəsi iştirakçılarından Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinə psixoloji yardıma müraciət edənlərdə daha çox rast gəlinən pozuntu Posttravmatik stress pozuntusudur.
AzerTimes-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri Fuad İsmayılov deyib.
O bildirib ki, belə pasiyentlər travmanın obrazlar, sayrışan fikir və yuxular şəklində təkrar yaşanmasından şikayət edirlər: “Bundan əlavə, onlarda travmanı xatırladan məkan və insanlardan yayınma, həmçinin yüksək həddə təşviş və qıcıqlanma müşahidə olunur. Təəssüf ki, hərbçilərdə tez-tez kompleks travma, yəni Posttravmatik stress pozuntusundan əlavə baş beynin üzvi travması simptomları da qeyd olunur. Belə hallarda mövcud şikayətlərə baş ağrıları, səsə qarşı həssaslıq, nitqin, yaddaş və diqqətin pozulması da əlavə olunur”.