Müharibə indi bitsə, çox pis olacaq – General

Müharibə indi bitsə, çox pis olacaq – General

Hətta işğalın əvvəlində Rusiya ilə danışıqlar aparılarkən müharibə dayandırıla bilərdi. Amma Buça və İrpendən sonra geridönüş xətti keçildi.

AzerTimes xəbər verir ki, bunu Ukrayna ordusunun general-mayoru Dmitri Marçenko deyib.

Onun sözlərinə görə, indi müharibəni dayandırmaq olmaz, çünki bundan da pis olacaq:

“Geridönüş nöqtəsini çoxdan keçmişik. O, lap əvvəldə, danışıqlar mərhələsində bütün bunları dayandırmaq mümkün olanda var idi. Mən sülh və əmin-amanlıq istəyənlərə cavab verdim ki, o, olmayacaq. Biz bütün torpaqları – Luqanskı, Donetski, Xersonu, Krımı azad etməliyik. Yoxsa vəziyyət daha da pisləşəcək. Kimsə hər şeyin orada dayanacağını və hər şeyin yaxşı olacağını düşünürsə, səhv edir. Düşməni evə buraxacağıq, o da yaralarını sarıyacaq, müvafiq nəticələr çıxaracaq, döyüş birləşmələrini nizamlayacaq və yenidən hücuma keçəcək”, – general bildirib.

Teqlər: