Müharibə hər şeyi dəyişdi, yeni dövr başlayır

Müharibə hər şeyi dəyişdi, yeni dövr başlayır

Rusiyanın Ukraynaya qarşı müharibəsi geosiyasi və geoiqtisadi dəyişikliklərin ən güclü dinamikasına səbəb olub. Dünya yeni dövrün astanasındadır.

AzerTimes xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer deyib.

“Dəyişikliklərin nəticələri proqnozlaşdırıla bilməz. Ukraynadakı müharibədən sonra heç nə olmamış kimi siyasətlə və bizneslə məşğul olmaq mümkün deyil. Pandemiya və Ukraynadakı müharibə qloballaşmanın ikinci mərhələsində dünya ölkələrindən gələn xammal və ilkin məhsullardan nə qədər asılı olduğumuzu açıq şəkildə göstərdi. Yeni tərəfdaşlar tapmaq lazımdır, məsələn, Sinqapur, İndoneziya və ya Afrika ölkələri kimi. Onları ehtiyacı olan ölkələr kimi görmək əvəzinə, yeni dünyada mövcud olmağa kömək edə biləcək mühüm tərəfdaşlar kimi görməliyik”, – o bildirib.

Teqlər: