Müharibə hazırlığı: Pxenyan cənuba gedən yolları partladır

Müharibə hazırlığı: Pxenyan cənuba gedən yolları partladır

Şimali Koreya ölkəni cənub qonşusu ilə birləşdirən yolları partlatmağa hazırlaşır.

AzerTimes xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsindən məlumat verilib.

“Oktyabrın 9-dan Koreya Xalq Ordusu Könison və Tonhe xətləri boyunca yollarda partlayış törətməklə məşğuldur”, – məlumatda bildirilib.

Qeyd edilib ki, birinci xətt yarımadanın qərbində yerləşir və Keson və Paju şəhərlərini birləşdirir, ikincisi Yapon dənizi sahillərindədir.

Teqlər: