İran İsrailin mümkün hücumlarından ehtiyat edərək Suriya və İraqdakı proksi qüvvələrini mövqelərindən geri çəkir.
AzerTimes xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Təşkilatı məlumat yayıb.
Bildirilib ki, iranlı, əfqanıstanlı və suriyalılardan ibarət hərbçilərin boşaltdıqları mövqelərə yerli könüllülər yerləşdirilir.