Müharibə ərzində Rusiya enerjidən 93 milyard qazanıb

Müharibə ərzində Rusiya enerjidən 93 milyard qazanıb

Rusiya Ukrayna ilə müharibənin 100 günü ərzində enerji ixracından 93 milyard avro qazanıb.

AzerTimes xəbər verir ki, bu barədə Enerji və Təmiz Hava Tədqiqatları Mərkəzi (CREA) məlumat yayıb.

Məlumata görə, Rusiya fevralın 24-dən iyunun 3-dək müharibənin ilk 100 günü ərzində qalıq yanacaq ixracından 93 milyard avro gəlir əldə edib. AB bu həcmin 61%-ni, təxminən 57 milyard avro dəyərində idxal edib.

Araşdırmaya görə, ən böyük idxalçılar Çin (12,6 milyard avro), Almaniya (12,1 milyard avro), İtaliya (7,8 milyard avro), Hollandiya (7,8 milyard avro), Türkiyə (6,7 milyard avro), Polşa (4,4 milyard avro), Fransa (4,4 milyard avro) və Hindistan (3,4 milyard avro) olub.

Qeyd olunur ki, ötən ay idxalın həcmi təxminən 15% azalıb. May ayında Rusiya neftinə tələbatın azalması və ucuzlaşması ölkəyə gündə təxminən 200 milyon avroya başa gəlib. Bununla belə, qalıq xammala tələbatın artması gözlənilməz nəticəyə gətirib çıxarıb. Rusiyanın orta ixrac gəliri keçən illə müqayisədə orta hesabla 60% yüksək olub.

Teqlər: