Müharibə dövründə ciddi zərər dəymiş məktəblərin yeniləri ilə əvəzlənməsi üçün layihə sənədləri hazırlanır

Xəbər - Çingiz Səfərli – Trend:

Müharibə dövründə ciddi zərər dəymiş məktəblərin yeniləri ilə əvəzlənməsi və ya əsaslı təmir bərpa işlərinin aparılması üçün layihə sənədləri hazırlanır.

Bunu AzerTimes-a açıqlamasında Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.


O bildirib ki, yaxın müddətdə işlərə başlanılacaq: “Ümumilikdə, müharibə dövründə 60-a yaxın məktəbə ziyan dəyib. Həmin məktəblər üzrə zərərlərin miqyası fərqlidir. Bir il ərzində bərpa oluna biləcək məktəblərdə işlər yekunlaşıb. Hazırda onlarda tədris davam edir. Ancaq bəzi məktəblərə dəymiş zərərin həcmi böyükdür. Buna görə də bəzilərində bərpa işi görmək mümkünsüzdür və yenisi tikilməlidir. Bununla bağlı cənab Prezident İlham Əliyevin sərəncamı da var. Həmin məktəblərin layihəsi və sənədləri işlənilir. Yaxın zamanda ya onların yerində yeni binanın tikilməsi, ya da əsaslı təmir-bərpa işlərinin görülməsi nəzərdə tutulur”.

Teqlər: