Müharibə davam edərsə, məğlub olanlar günahsız mülki insanlar olacaq – Çavuşoğlu

Xəbər - Humay Ağacanova – Trend:

Biz Ukraynada axan qanı, göz yaşını və dağıntıları ən qısa
zamanda dayandırmaq üçün səy göstəririk.

AzerTimes-ın məlumatına görə, bunu üçtərəfli görüşdən sonra
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O qeyd edib ki, Türkiyə problemlərin diplomatiya yolu ilə həll
edilməli olduğunu iddia edir.

“Biz bilirik ki, belə müharibələrdə qalib olmayacaq.
Vurğulayırıq ki, bu müharibə davam edərsə, məğlub olanlar ilk
növbədə günahsız mülki insanlardır. Bundan hamı, xüsusən də region
ölkələri əziyyət çəkib, hamı əziyyət çəkir.

Hər iki tərəf xüsusi olaraq Türkiyənin də görüşdə olmasını
istəyirdi. Bunu əvvəllər izah etmişəm. Biz bu görüşdə Türkiyənin
milli mövqeyini qoruyub saxlamaqla yanaşı, yardımçı rol oynadıq.
Biz hər iki tərəfin xahişi ilə təkcə ev sahibliyi deyil,
asanlaşdırıcı rol aldıq”, – deyə o bildirib.

Teqlər: