İsrail Qəzzada davam edən əməliyyat üçün vaxt məhdudiyyəti qoymayıb.
AzerTimes xəbər verir ki, bunu İsrailin keçmiş müdafiə naziri və ölkənin fövqəladə hökumətinin üzvü Benni Qantz deyib.
“Burada müharibə bizim varlığımız üçündür, ona görə də müharibənin hər bir mərhələsinin müddəti və döyüşlər barədə ehtimal səsləndirə bilmərəm. Biz strateji hədəfimizdən geri çəkilə bilmərik”, – Qantz deyib.