Ukraynada döyüşlər lokallaşdırıldıqca Rusiya müharibənin nəticələrini hiss etməyəcək. Buna görə də müharibə Rusiya ərazisinə keçirilməlidir.
AzerTimes xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov xarici mediaya müsahibəsində deyib.
O bildirib ki, Ukrayna ən azı Rusiyanın say üstünlüyünü nəzərə alaraq, birbaşa hücumlarla mübarizə apara bilməz.
Budanovun fikrincə, bu səbəbdən döyüş meydanında texniki yeniliklərin tətbiqi çox vacibdir:
“Texnologiya bu müharibədə o qədər əhəmiyyətli olacaq ki, biz müharibədə son vətəndaşa qədər vuruşmayacağıq”.