Müharibə başlayandan bəri 9 milyondan çox ukraynalı ölkə sərhədini keçib.
AzerTimes xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi məlumat yayıb.
Qeyd edək ki, ukraynalı qaçqınların 1 milyondan çoxu Polşada, 900 min nəfəri Almaniyada, 391 min nəfər Çexiyada, təxminən 150 min nəfəri Türkiyə və İtaliyada, 80 mindən bir qədər çoxu isə Moldova, Rumıniya, Slovakiya və Fransada məskunlaşıb.