Müharibə başlayandan Belqorodda 120 insan ölüb

Müharibə başlayandan Belqorodda 120 insan ölüb

Rusiyanın Ukraynaya müharibəsi başlayandan bəri Belqorod vilayətində 120 dinc sakin ölüb, 651-i yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov deyib.

O bildirib ki, ölənlərdən 11-i uşaqdır.

Qeyd edək ki, 2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri işğalçı ölkənin sərhədyanı bölgəsi olan Belqorod vilayəti tez-tez Ukrayna Silahlı Qüvvələrinin atəşinə məruz qalır.

Teqlər: