Rusiya ilə münaqişə başlayacağı təqdirdə ilk olaraq Qərb ölkələri nüvə silahından istifadə edə bilər.
AzerTimes xəbər verir ki, bu fikri ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson deyib.
“Problem ondadır ki, ilk növbədə Qərb nüvə silahlarından istifadə etməyə çalışacaq. Onların Rusiya ilə adi döyüş üçün vasitələri yoxdur. Qərb döyüşlərdə 2 həftə tab gətirə bilməyəcək”, – deyə o bildirib.