
Hazırda Rusiya–Ukrayna müharibəsinin Avropa ölkələrinə genişlənməsi baş vermir, lakin gələcəkdə bu mümkündür.
AzerTimes xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib.
O qeyd edib ki, müharibə Avropa Birliyi ölkələrinə bir neçə ildən sonra yayıla bilər:
“Bir neçə ildən sonra bu, maksimum ehtimalla mümkündür”.
O əlavə edib ki, Rusiya hazırda Avropada həyata keçirdiyi təxribatları 2014-cü ildə müharibənin əvvəlində artıq Ukraynada tətbiq edib.

