Böyük Britaniyanın Baş naziri və Mühafizəkarlar Partiyasının lideri Rişi Sunak parlament seçkilərində partiyasının uduzduğunu etiraf edib.
AzerTimes xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Sunak Leyboristlər Partiyasının lideri Key Startmerə təbrik üçün zəng edib.
O, baş nazir postundan da gedəcəyini təsdiqləyib.
Qeyd edək ki, ötən gün baş tutan seçkilərlə bağlı “ekzit-poll” nəticələrinə görə, Key Starmerin rəhbərlik etdiyi Leyboristlər yeni parlamentdə 410 yer qazanıb, hakim Mühafizəkarlar Partiyası ciddi məğlubiyyətə uğrayıb. Onlar 131 mandat alıb ki, bu da 2019-cu ilin son seçkiləri ilə müqayisədə 234 yer azdır.