Mühafizəçi həbs olunacaq, xalq artisti isə… – Vəkil

Mühafizəçi həbs olunacaq, xalq artisti isə… – Vəkil

Xalq artisti Ağadadaş Ağayevi döyən mühafizəçinin Rusiyada 9 il həbsdə olduğu iddia edilir. Bu isə onun işə necə qəbul edildiyi sualını aktuallaşdırıb. Eyni zamanda iki məsələ müzakirə doğurur: Ağadadaş Ağayev və onu döyən gözətçi Nurəddin Cəlilovu hansı cəza gözləyir? “Medera” klinikasının rəhbərliyi – sahibi, direktoru, baş həkimi məlum insidentə görə məsuliyyət daşıyırmı?

AzerTimes xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan vəkil Elçin Sadıqovun sözlərinə görə, çox güman, mühafizəçi klinikaya işə götürülən zaman mühafizə şirkəti ilə müqavilə imzalayıblar.

Vəkil deyib ki, işə götürülən şəxsin məhkumluğunun olub-olmamasını araşdırmaq mühafizə şirkətinin üzərinə düşür:

“Qeyd edim ki, mühafizəçi daha əvvəl həbsdə olsa belə, əgər məhkumluğu ödənilibsə və heç bir problemi yoxdursa, o zaman rahat şəkildə işə götürülə bilər. Çünki məhkumluq ödəniləndən sonra onun keçmişi ilə bağlı problem yaşanmamalıdır”.

Elçin Sadıqov xatırladıb ki, artıq xuliqanlıq maddəsi ilə iş başladılıb:

“Həmin maddə də 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Ağadadaş Ağayevə də xuliqanlıq maddəsi verilib. Sadəcə, burada xəsarətlər nəzərə alınacaq deyə, mühafizəçi 5 il müddətinə həbs oluna bilər. İfaçını da cəza gözləyir. Amma cəza fərdi xarakter daşıdığı üçün cəzanı gələcəkdə məhkəmə özü müəyyən edir”.

Teqlər: