Xəbər - Samir Əli – Trend:
Müğənni Vasif Məhərrəmli məhkəməyə çağırılıb.
AzerTimes-ın məlumatına görə, V.Məhərrəmli Bakı Ağır Cinayətlər
Məhkəməsində dindirilib.
Müğənni dələduzluqda təqsirləndirilərək həbs olunan Maksud
Mahmudovun işi üzrə zərərçəkmiş qismində dindirilib.
Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 (
(təkrar hədə-qorxu ilə tələb etmə) və 133.2.2 (xüsusi dəyəri olan
əşyaları talama – təkrar törədildikdə) maddələri ilə ittiham elan
olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa
verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna
ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana
gətirilərək istintaqa təhvil verilib.
İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.