Müğənni Ukraynada dağılmış evinin önündə – Video

Müğənni Ukraynada dağılmış evinin önündə – Video

Ukraynanın əməkdar artisti Svetlana Loboda müharibə nəticəsində darmadağın edilmiş İrpen şəhərində olub.

AzerTimes xəbər verir ki, İnstaqramda video paylaşan müğənni böyüdüyü şəhərdən heç bir əsər-əlamət qalmadığını, yerlə-yeksan edildiyini bildirib.

“Bilmirəm, ukraynalıların hər şeyi bağışlamaları üçün nə baş verməlidir! Müharibənin 112-ci günü”, – Loboda İnstaqramda yazıb.

Daha sonra müğənni dağılmış körpünü və evləri öz gözləri ilə görüb, yerli sakinlərlə və şəhərin meri Aleksandr Markuşinlə söhbət edib.

Teqlər: