Müğənnilərlə görüş silsiləsindən, növbəti qonağımız Niyam Salami oldu. Vaxtının dar olmasına baxmayaraq Niyamdan müsahibə ala bildik.
Qeyd edək ki, müğənni hal-hazırda “by Niyam Salami” adı ilə öz restoran şəbəkələri ilə biznes fəaliyyəti ilə də məşğuldur.
– Salam, Niyam bəy. Sizi gördüyümüzə şadıq. Necəsiniz, sənətinizdə nə yeniliklər var ?
– Salam olsun, Əli bəy. Mən də şadam, var olun. Həmd olsun Allaha, yaxşıyam, yaxşı gününüz olsun. Sənətdə yeni layihələr var. Bu il türk müğənnisi və bəstəkarı Cansevərlə yenidən işbirliyimiz, duetimiz olacaq.
– Bunu eşitdiyimə sevindim. Həmişə xoş avazınız gəlsin. Bilirsiniz də bizim müğənnilərlə bağlı ənənəvi müsahibələrimiz var. Onlardan şəxsi həyatları barədə, heç yerdə olmayan məlumatları alırıq və pərəstişkarları üçün, oxucularımız üçün çap edirik ki, sizin haqda sualı olanlar da bilsin. Təbii ki, eksklyuziv olaraq..
– Hə, heç yerdə öz bioqrafiyam və ailəm haqqında demək olar ki, çox məlumat verməmişəm. Ancaq, ənənə dedinizsə, ənənəyə sadiq qalmaq lazımdı.
– Lap gözəl. İndi isə buyurun, özünüz haqda ətaflı məlumat verin.
Mən Səfərov Niyaməddin Salam oğlu 1976-ci il fevfal ayının 15-də Masallı rayonu, Ərkivan kəndində anadan olmuşam. 1982-1992-cü illərdə Masallı rayonu, Ərkivan kənd orta məktəbində təhsil almışam. 1994-1996-ci illərdə Bakı şəhərində Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində rəssamlıq ixtisası üzrə tədris almışam. 2009-2021-ci illərdə Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli ilə uzun illər işbirliyim olub, bəstəkardan vokal dərsləri almışam və mənim üçün bəstələdiyi 7 mahnını ifa etmişəm. Sənətdə mənə böyük dəstək olub.
Atam Səfərov Salam İsmayıl oğlu 1956-cı ildə Masallı rayonundə Ərkivan kəndində anadan olmuşdur. Uzun illər Dəmir yolu idarəsində mexanik vəzifəsində çalışmışdır. 2001-ci ildə dünyasını dəyişib. Anam Səfərova Hacıxanım Fərhad qızı Astara rayonundə Kakalos kəndində anadan olmuşdur. Evdar qadın olmuşdur. 2019-cu ildə dünyasını dəyişmişdir.
Evli olmuşam, subayam. Övladım yoxdur.
İlk dəfə professional fəaliyyətimə 1997-ci ildə bəstəsi Elşən Allahverdiyevə məxsus “Kim ağlayar görən məni” adlı mahnını ifa edərək, həmin il də eyniadlı “Kim ağlayar görən məni” albomumu buraxaraq solo karyerama başlamışam.
Azərbaycanın tanınmış bəstəkarları ilə birgə fəaliyyət göstərmişəm. Nailə Mirməmmədli, Fidan Süleymanova, Hacı Nazim, Rəhim Rəhimli, Xanım İsmayılqızı kimi bəstəkarların mən üçün yazılmış yeni mahnılarını ifa etmişəm.
2018-də Türkiyədə Bodrum şəhərində, tanınmış türk sənətçisi Fateh Erkoçun özəl konsertində çıxış etmişəm.
2019-cu ildə Türkiyənin populyar müğənnisi və bəstəkarı Cansevər ilə duetlərim və işbirliyim olmuşdur. Bu il də, dediyim kimi, yeni layihələr də gözlənilir.
Bir çox dövlət tədbirlərində, Heydər Əliyev Sarayında çıxışlarım olub.
Azərbaycan Respublikasının Xalq artisti Röya Ayxan, tanınmış müğənnilər Səidə Sultan, Aynur Dadaşova, Mətanət Əsədova, Nurlan Təhməzli, Rüfət Axundov və reper Dado ilə duetlərim olub.
2002-ci ildə “Subaylıq-sultanlıq”, 2005-ci ildə “Ay ürək”, 2009-ci ildə “Dön gəl”, 2012-ci ildə “Sana haram eller deymiş”, 2017-ci ildə “Bir şans ver”, 2018-ci ildə “Günahkar”, 2019-cu ildə “Çağırma məni”, 2021-ci ildə “Anlamı nədir dünyanın” adlı mahnıları ifa edərək populyarlıq qazanmışam.
2015 və 2019-cu illərdə Azərbaycanın ən populyar yarışması olan Maşın Şouda iştirak etmişəm.
2021-ci ildə ARB TV-də özümün müəllif və aparıcı oluğum “Salami Şou” teleşousu ilə televiziyada çalışmışam.
Hal-hazırda professional solo karyeramı davam etdirirəm. Biznes sahəsində isə öz adım ilə fəaliyyət göstərən restoranlar şəbəkəsini işlədirəm.
Albomlarım: “Gözüm səni axtarır” (1997), “Haram əllər” (2012), “Bir şans ver” (2017), “Zəfər marşı” (2022)
Sinqllarım: “Subaylıq – sultanlıq”, “Ay ürək” (duet, Röya Ayxan), “Dön gəl”, “Sana haram eller deymiş”, “Bir şans ver”, “Günahkar”, “Çağırma məni”, “Anlamı nədir dünyanın”, “Karusel”, “Gözəllər”, “Qonağam bu şəhərdə mən”, “Ədalətətsiz”, “Без меня”, “Mən xəstə, sən də xəstə”, “Danışmadan keç”, “Yandır yax”, “Gecələr”, “Sevgimi qaytar”, “Yenə mənsiz”, “Unut məni”, “Ben yaşacayam”, “İnanmazdım”, “Birimizi seç” (duet, Rüfət Axundov), “Без меня”, “Zəfər marşı”, “Neynəyə billəm” (duet, Aynur Dadaşova), “Yetiş ya Muhammed, Yetiş ya Ali”, “Rollardasın sadece” (duet, Cansevər).
– Yetərincə tərcümeyi-halınızı danışdınız. Təşəkkür edirik. Növbəti görüşlərədək!
– Sağ olun. Yada saldığınıza görə də minnətdaram. Var olun!
– Buyurun. Sağ olun Niyam bəy.