Müğənni Namiq Həsənov mahnısına klip çəkdirdi

Müğənni Namiq Həsənov mahnısına klip çəkdirdi

Gənc və istedadlı müğənni Namiq Həsənov ona uğur gətirən “Zamansız ayrılıq” mahnısı üçün klip çəkdirməyi qərara alıb.

Bunu AzerTimes-a bildirən müğənni klipin artıq işıq üzünün gördüyünü və eksklyuziv olaraq yayım platforması ilə yayımlandığını bildirdi.

Qeyd edək ki, “Zamansız ayrılıq” mahnısı müğənniyə ilk uğrunu qazandıran və xüsusi ilə də Özbəkistanda populyarlıq qazandıran mahnısıdır.

Klipi sizlərə təqdim edirik: KLİPƏ KEÇİD