Müğənni Manaf Ağayev azad olunmuş ərazilərə qanunsuz keçdiyi üçün saxlanıldı

Xəbər - Samir Əli – Trend:

Müğənni Manaf Ağayev işğaldan azad olunan ərazilərə icazəsiz
keçdiyi üçün saxlanılıb.

Bu barədə AzerTimes-ın
sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin mətbuat
xidmətindən məlumat verib.

Məlumatda bildirirki, M.Ağayevin işğaldan azad olunana ərazilərə
qanunsuz səfər etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videodan
sonra araşdırma aparılıb.


“Manaf Ağayevin Bakıda olduğu müəyyən olunub, onlar polis
idarəsinə dəvət edildi. Araşdırma zamanı müəyyən olundu ki, onlar
qanunsuz yollarla, icazəsi olmadan işğaldan azad olunmuş ərazilərə
keçiblər. Ona görə də saxlanılıblar, barələrində araşdırma
aparılır. Nəticəsindən asılı olaraq qərar qəbul
olunacaq”,-məlumatda bildirilib.

Teqlər: