Müğənni Afət Fərmanqızı axtarışa verildi

Müğənni Afət Fərmanqızı barəsində axtarış elan olunub.

AzerTimes-ın məlumatına görə, hakim Mahirə Kazımovanın sədrliyi ilə
araşdırılan şikayətlə bağlı məhkəmə aktı çıxarılıb.

Binəqədi rayon Məhkəməsində Xalq artisti Flora Kərimovanın
müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi
şikayətlə bağlı məhkəmə icraatı dayandırılıb.

Akta görə, müğənni Afət Fərmanqızı məhkəmədən gizləndiyinə görə
həbs nəzərdə tutulmadan axtarışa verilib.

Müğənni məhkəməyə gətirilənə qədər məhkəmə icraatının
dayandırıldığı elan olunub.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət
Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci
(böhtan) və 148-ci (təhqir) maddəsi ilə ittiham olunması tələb
edir.

Teqlər: