Muğanlı-İsmayıllı yolunda avtomobillərin normal hərəkəti üçün hansı tədbirlər görülür?

Dünən gecədən başlayaraq yağan güclü qar səbəbindən
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Basqal kəndi ərazisindən
keçən hissəsində nəqliyyatın hərəkətində problemlər yaranıb.

Bununla bağlı həmin yollarda hansı işlər görülür?

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyinin (AAYDA) Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli
Trend-ə bildirib ki, qar yağırsa, problemin
olmaması mümkün deyil.

Həmin əraziyə texnikalar və canlı qüvvə cəlb edilib, yola duz və
qum səpilir.

“Yollar qardan təmizlənir, amma qar yağmağa davam edirsə, yol
yenidən örtülür. Ona görə də sürücülər özləri hava şəraitinə görə
avtomobillərini hazır vəziyyətə gətirməlidirlər. Mövsümə görə
hazırlığı olmayan sürücülərə alternativ yollardan istifadə etməyi
tövsiyə edirik”, – deyə qurum rəsmisi bildirib.

Teqlər: