Muğanda təbii fəlakət: 7 nəfər həyatını itirdi

Muğanda təbii fəlakət: 7 nəfər həyatını itirdi

İyunun 14-ü axşam saatlarında Güney Azərbaycanın Germi və Biləsuvar bölgəsində güclü yağışdan sonra yaranan sel nəticəsində 7 nəfər həyatını itirib.

AzerTimes xəbər verir ki, bu barədə Ərdəbil əyalətinin Qızıl Aypara Cəmiyyəti məlumat yayıb.

Ölənlərdən dördünün 7, 8, 12 və 13 yaşlı qız uşaqları olduğu bildirilib.

Həmçinin, sel bölgə əhalisinə külli miqdarda zərər vurub. Yüzlərlə mal-qara tələf olub, yollar, elektrik xətləri və su kəmərləri dağılıb.

Hazırda Germi-Biləsuvar yolu bağlanıb. Nəqliyyatın hərəkəti mümkün olmadığı üçün həmin bölgələrdə içməli su və ərzaq çatışmazlığı yaranıb.

Teqlər: