Muğanda sel onlarla kəndə ciddi zərər vurdu

Muğanda sel onlarla kəndə ciddi zərər vurdu

Güney Azərbaycanın Germi və Biləsuvar bölgəsində güclü yağışlardan sonra baş verən sel və daşqınlar nəticəsində onlarla kəndə ciddi ziyan dəyib.

AzerTimes xəbər verir ki, bu barədə Biləsuvar şəhərinin fərmandarı Sahibəli Əsgəri məlmat verib.

Onun sözlərinə görə, rayonun 25 kəndinin yol və elektrik sisteminə, onlarla yaşaşış evinə ciddi ziyan dəyib, kəndlilərin mal-qaraları tələf olub:

“Göytəpə, Əkbərdavud, Muradlı, Odlu, Günpapaq, Qara Qasımlı kəndlərində zərərlər daha çoxdur. Çox sayda ailə başqa bölgələrə təxliyə edilib”.

Yerli fəallar isə xüsusilə Germinin Məcidli kəndində əhalinin vəziyyətinin ağır olduğunu, əlaqədar hökumət qurumlarının zərər çəkən kəndlilərə yetərli yardım etmədiklərini yazıblar.

Teqlər: