Bununla əlaqədar, hər birinin nominal dəyəri 200 AZN olan 25000 ədəd adi, sənədsiz, adlı səhmlərin emissiyasının dövlət qeydiyyatına alınması üçün qərar verilib.
Yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 102,5 mln manatdan 107,5 mln manata çatdırılacaq.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlayıb. Hal-hazırda Bankın ölkə ərazisində 27 filialı və 10 şöbəsi, həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), ICBC Bank – Industrial and Commercial Bank of China təşəbbüsü ilə yaradılan “Belt and Road Bankers Roundtable Mechanism” (BRBR – “Bir Kəmər-Bir Yol” Banklarının Dəyirmi Masası), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.