Muğanbankdan mənzil təminatlı nağd kredit

“Muğanbank” ASC daşınmaz əmlakı girov qoymaqla nağd pul krediti
təklif edir. Artıq mənzili (1980-ci ildən sonra tikilən) girov
qoymaqla bankdan kredit almaq mümkündür.

Şərtlərə görə kreditin minimal məbləği 10 000 manat, maksimal
məbləğ isə 100 000 manat təşkil edir. Kredit güzəşt müddəti 3 ay
olmaqla, maksimum 48 ay müddətinə verilir, illik faiz dərəcəsi isə
minimum 18%-dən başlayır. Mənzil təminatlı nağd kreditini
“Muğanbank” ASC-nin ölkə ərazisində olan bütün filiallarında
rəsmiləşdirmək mümkündür.

Ətraflı məlumatı (012) 933 nömrəli telefondan, “Muğanbank”
ASC-nin saytından (https://www.muganbank.az), bankın Facebook və
Instagram səhifələrindən əldə etmək mümkündür.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri
olan
“Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır. Hal-hazırda
Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi, həmçinin Moskva
şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları üzrə keyfiyyətli
xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi
(USAID), ICBC Bank – Industrial and Commercial Bank of China
təşəbbüsü ilə yaradılan “Belt and Road Bankers Roundtable
Mechanism” (BRBR – “Bir Kəmər-Bir Yol” Banklarının Dəyirmi Masası),
Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə
Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness Capital (WBC) investisiya
fondu, Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl
Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), İnkişaf üçün
Yaşıl Fond (GGF), Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE),
Almaniya Əmanət Banklarının Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC)
kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir.

Teqlər: