“Muğanbank” ASC manatla olan “Avans” və “Meqa” əmanət növləri
üzrə sərfəli “Bahar kampaniyası” elan edir. Kampaniya müddətində
müştərilər banka minimum məbləğ 1000 AZN olmaqla, 12 ay müddətinə,
illik 9 faiz dərəcəsi ilə “Avans”, illik 11 faiz dərəcəsi ilə “Meqa” əmanəti yerləşdirə bilərlər. Müştərilərə yerləşdirdikləri “Avans” əmanətləri üzrə faizlər müddətin əvvəlində, “Meqa” əmanəti
üzrə faizlər aylıq ödəniləcəkdir. Kampaniya 30 Aprel 2022-ci il
tarixədək qüvvədədir.
Azərbaycan maliyyə-bank sektorunun tanınmış qurumlarından biri
olan “Muğanbank” ASC 1992-ci ildə fəaliyyətə başlamışdır.
Hal-hazırda Bankın ölkə ərazisində 22 filialı və 10 şöbəsi,
həmçinin Moskva şəhərindəki nümayəndəliyi hər növ bank məhsulları
üzrə keyfiyyətli xidmət göstərir. “Muğanbank” ASC ABŞ Beynəlxalq
İnkişaf Agentliyi (USAID), ICBC Bank – Industrial and Commercial
Bank of China təşəbbüsü ilə yaradılan “Belt and Road Bankers
Roundtable Mechanism” (BRBR – “Bir Kəmər-Bir Yol” Banklarının
Dəyirmi Masası), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD),
Beynəlxalq Maliyyə Korporasiyası (IFC), ABŞ-ın WorldBusiness
Capital (WBC) investisiya fondu, Xarici Özəl İnvestisiyalar
Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam
Korporasiyası (ICD), İnkişaf üçün Yaşıl Fond (GGF), Cənub-Şərqi
Avropa üzrə Avropa Fondu (EFSE), Almaniya Əmanət Banklarının
Beynəlxalq Əməkdaşlıq Fondu (SBFIC) kimi beynəlxalq iqtisadi
qurumlarla əməkdaşlıq edir. Muğanbankın xidmət və məhsulları
haqqında ətraflı məlumat almaq üçün 933 Məlumat Mərkəzinə zəng edə
və ya www.muganbank.az
saytına keçid ala bilərsiniz.