“Muğanbank” ASC 12 aprel 2022-ci il tarixində dünyanın
məsuliyyətli biznes liderlərini özündə cəmləşdirən Birləşmiş
Millətlər Təşkilatının Qlobal Sazişi platformasına qoşulduğunu
böyük məmnuniyyətlə elan etdi.
Muğanbank dünya miqyasında və xüsusilə Bank sektorunda hamımızın
arzuladığı dünya gələcəyi təmin etmək üçün məsuliyyətli fəaliyyət
öhdəliyi götürən minlərlə digər şirkətlərə qoşulmaqdan qürur
duyur.
Qlobal Saziş bütün dünyada şirkətlər üçün insan hüquqları, əmək,
ətraf mühit və korrupsiya ilə mübarizə sahələrində qəbul edilmiş on
prinsipi və Dayanıqlı İnkişaf Məqsədlərini öz fəaliyyətləri
daxilində dəstəkləməklə fayda verməyə və faydalanmağa zəmin yaradan
BTM-nin bir qoludur.
2000-ci ildə işə salınan BMT-nin Qlobal Sazişi, bu gün 160
ölkənin 15.000-dən artıq şirkəti, 3.000 qeyri-kommersiya təşkilatı
və 70-dən çox Qlobal Sazişin Yerli Şəbəkələri daxil olmaqla
dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüsüdür.
“Qlobal İnkişaf Məqsədlərinə və dövlət səviyyəsində Azərbaycanın
Respublikasının dayanıqlı inkişaf prioritetlərinə sadiqliyimizə
uyğun olaraq, Muğanbank məsuliyyətli biznes fəaliyyətini davam
etdirməkdən və təkmilləşdirməkdən qürur duyur. Bankın 2011-ci ilə
qəbul etdiyi və Avropa Yenidənqurma və İnkişaf Bankının
gözləntilərinə cəvab verən “Sosial və Ekoloji Siyasəti”
rəhbərliyimizin və ümumilikdə Muğanbankın dayanıqlı inkişaf və
korporativ sosial məsuliyyətə verdiyi əhəmiyyətin
göstəricilərindəndir. BMT-nin Qlobal Sazişin iştirakçısı olaraq,
biz Azərbaycan biznes liderlərini bu qlobal təşəbbüsə qoşulmağa
çağırırıq.” – deyə İdarə Heyətinin Sədri Elnur Abbasov qeyd
etmişdir.
“Daha münbit, ədalətli və dayanıqlı qlobal gələcəyə nail olmaqda
özəl sektorun rolu əvəzedilməzdir. Bu səbəbdən, müxtəlif sahələrdən
olan minlərlə aparıcı şirkət fəaliyyətlərində dayanıqlı biznes
prinsiplərini həyata keçirmək və təkmilləşdirmək məqsədi ilə
BMT-nin Qlobal Sazişinə qoşulur. Biz Muğanbankı qlobal biznes
ailəmizdə salamlamaqdan çox şadıq və sizi Qlobal Sazişinin internet
səhifəsində MuğanBankın [UNGC
səhifəsinə keçid] profilinə baş çəkməyə dəvət edirəm”-deyə,
Birləşmiş Millətlər Təşkilatının Qlobal Sazişinin Azərbaycan üzrə
rəhbəri cənab Samir Məmmədov qeyd etmişdir.