Moskvanın “Domodedovo” aeroportu müvəqqəti olaraq təyyarələrin qəbulunu, eləcə də reysləri təxirə salıb.
AzerTimes xəbər verir ki, bu barədə aeroportun saytında məlumat verilir.
Daha üç reysin “Vnukovo” hava limanına yönləndirildiyi bildirilib.
Belə bir qərarın səbəbi açıqlanmır.
Qeyd edək ki, bundan öncə “Pulkovo” aeroportunda elektrik enerjisinin kəsildiyi barədə məlumat yayılmışdı.