Müəllimlərin vakansiya seçimi mərhələsinə bu tarixdə start veriləcək

10 may tarixindən etibarən Təhsil Nazirliyi sisteminə daxil olan
dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin
dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə
başlanılacaq.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən Trend-ə verilən məlumata görə, müsabiqə
qaydalarına uyğun olaraq, iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə
vakansiya seçimi ilkin olaraq şəhid ailələrinin üzvləri üçün
aktivləşdiriləcək.

Müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiq
olunmuş şəhid ailələrinin üzvləri 10 may saat 11:00-dan etibarən
şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə
bilərlər. İlkin vakansiya seçimi 14 may saat 11:00-dək davam
edəcək. Növbəti mərhələdə isə digər müsabiqə iştirakçıları üçün
vakansiya seçimi mərhələsi həyata keçiriləcək və bu barədə
ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Teqlər: