Müəllimlərin sertifikatlaşdırılması prosesi təxirə salınıb?

Müəllimlərin sertifikatlaşdırılması prosesi təxirə salınıb?

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı yayılan səsyazısı həqiqqəti əks etdirmir.

Bu barədə AzerTimes-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sosial şəbəkələrdə dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təxirə salınması ilə bağlı səsyazısı yayılıb: “Bildiririk ki, paylaşılan məlumat həqiqəti əks etdirmir. Elm və Təhsil Nazirliyi olaraq vətəndaşlardan ancaq rəsmi xəbərlərə istinad etməyi xahiş edirik”.

Teqlər: