Müəllimlərin işə qəbulu üzrə növbəti onlayn müsahibələrin tarixi açıqlanıb

Xəbər - İlhamə İsabalayeva – Trend:

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti onlayn müsahibə mərhələsinə 5 fevral tarixindən başlanılacaq.

Təhsil Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bu mərhələdə iştirak edəcək namizədlərin şəxsi səhifələrinə müsahibələrin keçiriləcəyi tarix və saat barədə məlumat artıq göndərilib. Onlayn müsahibə mərhələsinə 2948 nəfər dəvət olunub.


Müsahibələr “Microsoft Teams” platforması üzərindən keçiriləcək.

Teqlər: