Xəbər - Çingiz Səfərli – Trend:
Dərs saatlarını azaltmaqla daha çox müəllimi işə cəlb etməyi düzgün hesab etmirik.
AzerTimes xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində keçirdiyi canlı yayımda deyib.
Onun sözlərinə görə, müəllim çalışırsa, azı 18 saat dərsi olmalıdır ki, normal əməkhaqqı ala bilsin.
“Təəssüf ki, bu gün dərs saatları az olan müəllimlərin sayı da az deyil”, – deyə nazir bildirib.