Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi gündəmdə deyil – Emin Əmrullayev

Xəbər - Çingiz Səfərli – Trend:

Müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi məsələsi gündəmdə deyil.

Trend xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün brifinqdə deyib.

Nazir bildirib ki, hazırda müəllimlər dövlət büdcəsindən maliyyələşirlər.


“Digər bir tərəfdən müəllimlərin müəyyən bir müddət, 30-35 il çalışdıqdan sonra təqaüdə göndərilməsi məsələsi də müzakirə edilmir.

Hazırda müəllimlər 65 yaşına çatdıqdan sonra təqaüdə göndərilir”, – E.Əmrullayev deyib.

Teqlər: