Müəllimdən şok əməl: şagirdləri belə cəzalandırdı – Foto

Müəllimdən şok əməl: şagirdləri belə cəzalandırdı – Foto

Gürcüstanın Marneuli rayonunun Qırıxlı kənd orta məktəbində müəllimin şagirdləri diz üstə saxlayaraq cəzalandırması narazılığa səbəb olub.

AzerTimes xəbər verir ki, hadisə gürcü dili dərsində baş verib. Müəllim dərsə hazırlıqsız gəlmiş 4-cü sinif şagirdlərini diz çökdürərək cəzalandırıb və onların fotosunu çəkərək paylaşıb.

Gürcüstanın Təhsil Nazirliyi faktı araşdırıb və Rəhman Musayev adlı müəllimin işdən azad edilməsi barədə göstəriş verilib.

R.Musayev məktəbin direktoru Mehman Musayevin qardaşı oğludur.

Teqlər: