Xəbər - Samir Əli – Trend:
Şagird və müəllimlərin davamiyyəti Təhsil nazirliyi tərəfindən nəzarətdə saxlanılır.
AzerTimes-ın məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Təhsil Nazirliyinin ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
Onun sözlərinə görə, bu prosesdə ictimai münasibət də önəmlidir: “Dərsləri mütəmadi və yüksək keyfiyyətlə keçən müəllimlərin mənəvi reytinqi də artır. Həm şagirdlər, həm də valideynlər arasında həmin müəllimlərin xüsusi çəkisi var. Məncə, bu ən böyük qiymətləndirmədir. Tədris əyani formaya keçəndən sonra bu müəllimlərin şagirdləri də yüksək nəticə əldə edəcək”.