Baş nazir Əli əsədov “Azərbaycan Respublikası vətəndaşlarının
müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış
Komissiyasının tərkibi”nin və “2016-cı il iyulun 1-dən 30-dək
müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say
bölgüsü”nün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2016-cı il 14 iyun tarixli 229 nömrəli
Qərarında dəyişiklik edilməsi barədə Qərar imzalayıb.
AzerTimes xəbər verir ki, sənədə
əsasən, Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 14 iyun
tarixli 229 nömrəli Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş 1
nömrəli əlavə – “Azərbaycan Respublikası vətəndaşlarının müddətli
həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının
tərkibi” aşağıdakı redaksiyada verilsin:
“Komissiyanın sədri
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin rəisi
Komissiya sədrinin müavini
Azərbaycan Respublikası müdafiə nazirinin müavini
Komissiyanın üzvləri:
Azərbaycan Respublikası daxili işlər nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası ədliyyə nazirinin müavini
Azərbaycan Respublikası səhiyyə nazirinin müavini
Azərbaycan Respublikası təhsil nazirinin müavini
Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti
rəisinin müavini
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin
müavini.”.