Müdafiə təyinatlı məmulatlara dair sifarişlər Nazirlər Kabinetinə təqdim ediləcək – Nazir müavini

Xəbər - Çingiz Səfərli – Trend:

2022-ci il üçün müdafiə təyinatlı məmulatlara dair sifarişlər müəyyənləşdirilib, ilin sonunda Nazirlər Kabinetinə təqdim ediləcək.

AzerTimes xəbər verir ki, bunu Müdafiə Sənayesi Nazirinin müavini Mehman Baxışov deyib.

O bildirib ki, müdafiə sənayesi sahəsində dönüş yaratmaq üçün nazirlik tərəfindən müəssisələrdə yeni texnikaların istehsalına diqqət yetirilir.

“Zəruri sayılan iqtisadi əlaqələr bərpa edilib və yeni əlaqələrə start verilib” – deyə o, bildirib.

Teqlər: