Müdafiə Nazirliyində əməliyyat keçirilib, bir neçə vəzifəli şəxs
həbs edilib.
AzerTimes-ın əldə etdiyi məlumata görə, nazirliyinin Maliyyə
İdarəsinin rəisi polkovnik Rafael Xəlilov, Quru Qoşunlarının
maliyyə şöbəsinin rəisi Bayram Bayramov, “N” saylı hərbi hissənin
maliyyə şöbəsinin rəisi Fərahim Sərkərov və nazirliyin zabiti Vüsal
Əlizadə saxlanılıblar.
Saxlanılanlar barəsində istintaq orqanının təqdimatına
baxılıb.
Bakı Hərbi Məhkəməsində təqdimat təmin edilib. Təqdimatlara
hakim Elbəyi Allahverdiyev baxıb.
Təqsirləndirilən şəxslərin hər biri barəsində 4 aylıq həbs
qətimkan tədbiri seçilib.