Müdafiə Nazirliyinin rəhbərliyi Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib

Müdafiə Nazirliyinin rəhbərliyi gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib.

Bu barədə Trend Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Respublikasının gənclər və idman naziri cənab Azad Rəhimovun vəfatı xəbərini kədər hissi ilə qarşılayır, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

ALLAH rəhmət eləsin!

Müdafiə naziri general-polkovnik Zakir Həsənov
general-polkovnik Kərəm Mustafayev
general-leytenant Kərim Vəliyev
general-leytenant Ramiz Tahirov
general-leytenant Nizam Osmanov”, – başsağlığında qeyd olunur.

Teqlər: