Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvaya yola düşüb

Azərbaycan Respublikası Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 22-dən 24-dək keçiriləcək IX Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak etmək üçün Moskva şəhərinə yola düşüb.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Teqlər: