Müdafiə Nazirliyinin idarə rəisi saxlanıldı

Xəbər - Samir Əli – Trend:

Müdafiə Nazirliyinin idarə rəisi saxlanılıb.

AzerTimes-ın əldə etdiyi məlumata görə, nazirliyin Satınalmalar və
Təchizat İdarəsinin rəisi polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu
saxlanılıb.

İdarə rəisi M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan
vurmaqda ittiham edilir.

Bununla bağlı Respublika Hərbi Prokurorluğunda cinayət işi
başlanıb və o məsuliyyətinə cəlb edilib.

Teqlər: