Müdafiə Nazirliyində orfoqrafiyanı bilən yoxdur? – Görün, “Azərbaycan” sözü necə yazılıb – FOTO

Müdafiə Nazirliyinin rəsmi saytında ölkənin adında kobud orfoqrafik səhvə yol verilib.

Yenicag.az xəbər verir ki, Müdafiə Nazirliyinin rəsmi saytında Əlahiddə Ümumqoşun Ordu Komandanı general-polkovnik Kərəm Mustafayevin Türkiyə səfəri haqqında dərc olunmuş məlumatın başlığı səhv yazılıb.

Belə ki, xəbəri hazırlayanlar “Azərbacanın Müdafiə nazirinin müavini Türkiyədə səfərdə olub” başlıqlı informasiyada “Azərbaycan” sözündəki “y” hərfini “ixtisara salıblar”.

Qeyd edək ki, 23 dekabr saat 21:49-da yayımlanan xəbərdəki səhv hələ də düzəldilməyib.

www.yenicag.az